Məktəb şagirdi necə akademik araşdırmaya başlaya bilər?9 sentyabr 20263 dəq

Universitetə qəbul üçün Research etmək lazımdırmı?

Məktəb şagirdi Research-ə necə başlamalıdır?

Universitetə qəbul üçün Research etmək lazımdırmı?

Xaricdə universitetə hazırlaşan şagirdlər arasında belə bir fikir var: “Güclü universitetə qəbul olmaq üçün mütləq Research Paper yazmaq lazımdır.” Əslində bu, universal tələb deyil. Universitetlər və ixtisaslar fərqli meyarlarla qiymətləndirilir. Lakin düzgün aparılmış akademik araşdırma şagirdin intellektual marağını, müstəqil öyrənmə bacarığını və seçdiyi sahəyə dərin marağını göstərən güclü akademik fəaliyyət ola bilər. Harvard da bəzi tələbələrin study və research sahəsində göstərdikləri akademik potensialla fərqləndiyini qeyd edir.

Məktəb şagirdi Research-ə necə başlamalıdır?

Əvvəlcə böyük və mürəkkəb mövzu seçmək lazım deyil. Ən yaxşı başlanğıc şagirdin həqiqətən maraqlandığı konkret sualı müəyyənləşdirməkdir. Məsələn, Economics ilə maraqlanan şagird “İnflyasiya nədir?” kimi ümumi mövzu əvəzinə, “İnflyasiya gənclərin istehlak davranışına necə təsir edir?” sualını araşdıra bilər.

Növbəti mərhələdə etibarlı mənbələr tapılmalı, məlumatlar müqayisə edilməli və istifadə olunan mənbələrin keyfiyyəti yoxlanılmalıdır. Daha sonra şagird məlumatları sadəcə toplamaq əvəzinə analiz etməli, arqument qurmalı və nəticəyə gəlməlidir.

Research mütləq universitet laboratoriyasında və ya professorla aparılmalı deyil. Məktəb səviyyəsində ədəbiyyat icmalı, kiçik sorğu, data analizi, case study və ya müstəqil akademik layihə ilə başlamaq mümkündür.

Ən vacib məsələ isə Research Paper-in sadəcə universitetə təqdim etmək üçün hazırlanmış “sertifikat”a çevrilməməsidir. Universitetlər şagirdin nəyi araşdırdığından əlavə, niyə həmin mövzunu seçdiyini, hansı sualı verdiyini, hansı metoddan istifadə etdiyini və araşdırmadan nə öyrəndiyini görmək istəyirlər. MIT də qəbul prosesində tələbənin maraq və təşəbbüsünün kontekst daxilində qiymətləndirildiyini vurğulayır.

Yəni məqsəd sadəcə Research Paper yazmaq deyil; araşdırma aparmağı, sual verməyi, sübutları qiymətləndirməyi və müstəqil düşünməyi öyrənməkdir.

Digər yazılar

Təhsil yolunuzu planlamaq üçün daha çox məqalə.

Daha çox