IELTS, TOEFL və Duolingo: hansı imtahan daha uyğundur?
IELTS, TOEFL və Duolingo: hansı imtahan daha uyğundur?

Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox verdiyi suallardan biri budur: IELTS, TOEFL, yoxsa Duolingo imtahanı vermək daha məqsədəuyğundur? Düzgün seçim tələbənin gedəcəyi ölkədən, universitetdən və gələcək planlarından asılıdır.
IELTS (International English Language Testing System) dünyada ən çox tanınan ingilis dili imtahanlarından biridir. Böyük Britaniya, Kanada, Avstraliya, ABŞ və Avropanın əksər universitetləri tərəfindən qəbul olunur. IELTS imtahanında Listening, Reading, Writing və Speaking bölmələri yoxlanılır. Xüsusilə üzbəüz Speaking bölməsi tələbələrin real ünsiyyət bacarığını qiymətləndirməyə imkan verir.
TOEFL (Test of English as a Foreign Language) əsasən ABŞ və Kanada universitetləri tərəfindən geniş qəbul olunur. İmtahan tam akademik ingilis dilinə fokuslanır və tələbənin universitet mühitində istifadə edəcəyi dil bacarıqlarını ölçür. TOEFL daha çox akademik mühitdə oxumağı planlaşdıran tələbələr üçün uyğun seçimdir.
Duolingo English Test isə son illərdə populyarlığı artan onlayn imtahandır. Tələbə imtahanı evdən verə bilir və nəticələr daha qısa müddətdə əldə olunur. Bir çox universitet Duolingo nəticələrini qəbul etsə də, müraciət etməzdən əvvəl seçilən universitetin qəbul edib-etmədiyini yoxlamaq vacibdir.
Bəs hansı imtahan daha yaxşıdır?
Əgər geniş seçim imkanınız olsun və dünyanın daha çox universitetinə müraciət etmək istəyirsinizsə, IELTS ən universal seçimlərdən biridir. ABŞ universitetlərinə fokuslanırsınızsa TOEFL də güclü alternativdir. Daha sürətli və rahat proses istəyən tələbələr üçün isə Duolingo uyğun ola bilər.
Ən doğru seçim tələbənin məqsədinə uyğun müəyyən edilməlidir. Family School olaraq biz tələbələrə ölkə, universitet və gələcək planlarına əsasən düzgün imtahan seçimi və hazırlıq istiqaməti üzrə peşəkar dəstək göstəririk.